
Bakı. Trend:
Binəqədi rayonunda parkdakı fəvvarənin metal konstruksiyalarını
oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, Binəqədi rayonu ərazisində yerləşən parkların
birində quraşdırılan fəvvarənin ümumi dəyəri 4200 manat olan metal
konstruksiyaları oğurlanıb.
“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə
şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı A.Əbdülrəhmanov
müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda qeyd
olunub.

