İlham Əliyev G20-yə dəvətə görə Trampa TƏŞƏKKÜR ETDİ

Baş səhifə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Modern.az xəbər verir ki, ölkə başçısı bu barədə Trampla avqustun 8-də baş tutan telefon danışığı zamanı bildirib.

Dövlətimizin başçısı bunu ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirib.

Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir