Bakıda axşam konsertləri keçirilir (FOTO)

Baş səhifə

Bakı.Trend:

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və rayon icra
hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin
asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava
konsertlərinə start verilib.

BŞİH-dən bildirilib ki, şənbə günündən etibarən Bakı şəhərinin
dörd rayonunda yerləşən park və istirahət məkanları musiqi dolu
axşamlara ev sahibliyi edib.

Həmin parklar paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət
məkanları sırasındadır. Burada insanların asudə vaxtlarını rahat və
mənalı keçirməsi üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq
zolaqları, istirahət guşələri və uşaq əyləncə meydançaları hər
yaşdan olan ziyarətçilər üçün cəlbedici edir. Gün ərzində uşaqlar
bu məkanlarda oynayır, ailələr piknik edir, gənclər və yaşlı nəslin
nümayəndələri isə təmiz hava və sakit mühitdən zövq alaraq
dincəlirlər. Bu parklar minlərlə sakinin sevimli görüş və istirahət
ünvanına çevrilib.




Konsert proqramları Xətai rayonundakı “Nizami Gəncəvi” parkında,
Nərimanov rayonunda metronun “Gənclik” stansiyasının yaxınlığındakı
parkın amfiteatrında, Yasamal rayonunun “Meşə parkı”nda və Nizami
rayonundakı “Heydər Əliyev” parkında keçirilib.

Peşəkar və gənc ifaçıların bir araya gəldiyi konsertlərdə
estrada, xalq və klassik musiqi nümunələri, eləcə də müxtəlif
instrumental ifalar səsləndirilib.

Musiqi proqramlarının repertuarı hər həftə yenilənəcək.
Konsertlərin yay mövsümü boyunca hər şənbə günü davam etdirilməsi
nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir