
Bakı. Trend:
“Astara” gömrük postunda külli miqdarda narkotik vasitə –
qurudulmuş marixuana aşkar edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə
Əlaqələr İdarəsindən məlumat verilib.
Bildirilib ki, Astara Gömrük İdarəsi əməkdaşlarının həyata
keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti
tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə
– qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən
çıxarılıb.
““Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən
tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına
“bibər” yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu
və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb
edilib.
Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri
bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən dördbucaqlı
formalı 55 ədəd bağlamada xalis təmiz çəkisi 25 kiloqram 75 qram
narkotik vasitə – qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda
bildirilib.

