DİN onlayn alış-verişlə bağlı vətəndaşlara xəbərdarlıq edib

Baş səhifə

Bakı. Trend:

Mütəmadi olaraq aparılan maarifləndirmə tədbirlərinə və edilən
çoxsaylı xəbərdarlıqlara baxmayaraq, onlayn alış-veriş zamanı
vətəndaşların kiberdələduzluqla üzləşməsi halları hələ də müşahidə
olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin onlayn alış-verişlə bağlı
vətəndaşlara xəbərdarlığında qeyd olunub.

Bildirilib ki, aparılan araşdırmalar və daxil olan müraciətlər
göstərir ki, kiberdələduzlar saxta satış səhifələri yaradaraq
müxtəlif məhsulları cəlbedici qiymətlərlə təklif edir, ödəniş
alındıqdan sonra isə vətəndaşla əlaqəni kəsərək telefon nömrələrini
və sosial şəbəkə hesablarını bloklayırlar.




“Bu kimi halların qarşısının alınması məqsədilə vətəndaşlara
internet və sosial şəbəkələrdə rastlaşdıqları satış səhifələrinin
etibarlılığını əvvəlcədən yoxlamaq, tanımadıqları və etibar
etmədikləri şəxslərdən məhsul sifariş etməmək, xüsusilə əvvəlcədən
ödəniş tələb olunan təkliflərə qarşı diqqətli olmaq tövsiyə
olunur.

Məhsul sifariş etməzdən və ödəniş həyata keçirməzdən əvvəl
satıcı barədə məlumatların, əlaqə vasitələrinin və təqdim olunan
səhifənin həqiqiliyinin yoxlanılması vacibdir. Etibar etmədiyiniz
və ya həqiqiliyinə əmin olmadığınız səhifə və saytlara ödəniş
etməyin, bank kartı məlumatlarınızı, CVV/CVC kodunu, SMS vasitəsilə
göndərilən təsdiq kodlarını və digər məxfi məlumatları üçüncü
şəxslərlə paylaşmayın.

Kiberdələduzluq halları ilə qarşılaşdıqda dərhal DİN-in “102”
Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə
hesablarına müraciət edin”, – deyə məlumatda bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir