
Bakı.Trend:
Yəməndən olan husi döyüşçülər Bab əl-Məndəb boğazında yük
gəmisinə hücum ediblər.
Bu barədə “Reuters” məlumat yayıb.
Yəmən Sahil Mühafizəsinin iki mənbəsi və hökumətdəki iki hərbi
rəsmiyə görə, hücum nəticəsində gəminin üç ekipaj üzvü həlak
olub.
Dəniz təhlükəsizliyi üzrə mənbələr “Reuters”ə bildiriblər ki,
Qırmızı dənizdə kiçik yük gəmisinin hədəfə alındığı ehtimal edilir.
Lakin digər ekipaj üzvlərinin aqibəti barədə dəqiq məlumat
yoxdur.

