CENTCOM ABŞ helikopterinin Panama gəmisini raketlə vurduğunu təsdiqləyib

Baş səhifə

Bakı.Trend:

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ
hərbçilərinin Panama bayrağı altında üzən “M/V Vela Nova” gəmisinin
İran istiqamətində Oman körfəzindən keçməyə cəhd göstərdiyi zaman
ona atəş açdığını təsdiqləyib.

Bu barədə CENTCOM rəsmi “X” səhifəsində məlumat yayıb.

Hadisə yük gəmisinin ABŞ-nin İrana tətbiq etdiyi blokadanı
yarmaq cəhdi zamanı baş verib.




“ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60 helikopteri gəminin
mülki ekipajı ABŞ qüvvələrinin təkrar xəbərdarlıqlarına məhəl
qoymadıqdan sonra Vela Nova gəmisinin mühərrik bölməsinə iki
Hellfire raketi atıb. Gəmi artıq ABŞ-nin İrana tətbiq etdiyi və tam
qüvvədə qalan blokadanı pozaraq İrana doğru hərəkət etmir”,-deyə
məlumatda qeyd olunur.

Avqustun 11-nə olan məlumata görə, CENTCOM qüvvələri blokadadan
yan keçməyə çalışan 55 kommersiya gəmisinin istiqamətini
dəyişdirib, tələblərə tabe olmayan üç gəmini sıradan çıxarıb və iki
gəminin göyərtəsinə daxil olaraq yoxlama aparıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir