Türkiyədə F-16 qəzaya uğrayıb

Baş səhifə

Bakı.Trend:

Türkiyənin Yalova vilayətində F-16 qəzaya uğrayıb.

Bu barədə NTV telekanalı ölkənin müdafiə nazirliyinə istinadən
məlumat yayıb.

Bildirilib ki, ilkin məlumata görə, uçuş təlimi zamanı təyyarədə
nasazlıq yaranıb.




Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını və tibbi
heyət göndərilib. Təyyarənin pilotunun katapult edərək xilas olduğu
bildirilib.

“Hərbi Hava Qüvvələrimizə məxsus bir F-16 təyyarəsi təlim uçuşu
zamanı Yalovada qəzaya uğrayıb, pilotumuz katapult edərək xilas
olub. Qəzanın səbəbi aparılacaq ətraflı araşdırmanın nəticəsində
müəyyən ediləcək”, – deyə Müdafiə Nazirliyinin bəyanatında qeyd
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir