
Bakı. Trend:
Sardiniyanın şimalında, Porto-Çervo sahillərində mühərrikində
yaranan nasazlıq səbəbindən dəyəri 8 milyon avrodan çox olan 30
metrlik “Angiola II” yaxtası batıb.
Bu barədə “Il Messaggero” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, gəmi cəmi dörd gün əvvəl italiyalı iş
adamına təhvil verilib. Mühərrikin sıradan çıxması gəmidə yanğına
səbəb olub. Hadisə zamanı yaxtada 14 nəfər olub.
Ölən və xəsarət alan olmayıb.
Gəmi hazırda Kosta-Smeralda sahilləri yaxınlığında 7 metr
dərinlikdə batıb və nəzarət altında saxlanılır. Yanacaq sızması
qeydə alınmayıb.

