Moped sürücüsünə 15 sutka həbs verildi

Baş səhifə

Polis əməkdaşları Xətai rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək özü və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan mopedin sürücüsü – 23 yaşlı Famil Ağayevi müəyyən edərək saxlayıb.

Bu barədə Modern.az-a Bakı şəhər DYP İdarəsindən bildirilib.

İdarədən qeyd edilib ki, sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib:

“Məhkəmənin qərarı ilə sürücü F.Ağayevin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir