
Bakı. Trend:
Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının
qeydiyyatı, müvafiq informasiya sistemindən çıxarışların və onların
dublikatlarının, habelə toxumların sortluq və səpin keyfiyyətlərini
təsdiq edən sertifikatların verilməsi üçün dövlət rüsumları müəyyən
edilib.
Bu, Prezident İlham Əliyevin “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununa dəyişiklik barədə imzaladığı Fərmanda öz
əksini tapıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet
saytında dərc olunub.
Qanuna əsasən, seleksiya və toxumçuluq sahəsində müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya
sistemindən çıxarışın verilməsi üçün 50 manat, seleksiya və
toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) informasiya sistemindən çıxarışın
dublikatının verilməsi üçün 10 manat, toxumlara sortluq və səpin
keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsi (bir sənəd)
üçün 25 manat dövlət rüsumu müəyyənləşdirilib.

