Rusiyada azərbaycanlı vəkilin oğlu saxlanılıb

Baş səhifə

Rusiyada tanınmış aktyor Mixail Yefremovun keçmiş azərbaycanlı vəkili Elman Paşayevin oğlu Elvin Paşayev qətl və dələduzluq işi üzrə təqsirləndirilən 8 nəfərdən biri olub. Modern.az xəbər verir ki, RİA Novosti bu barədə məhkəmə materiallarına istinadən məlumat yayıb.

Məhkəmə sənədlərinə əsasən, iş üzrə ümumilikdə 8 nəfər ittiham olunur. Onlara qətl, xüsusilə külli miqdarda dələduzluq və xüsusilə külli miqdarda dələduzluğa cəhd ittihamları irəli sürülüb.

Elvin Paşayevə isə yalnız xüsusilə külli miqdarda dələduzluğa cəhd ittihamı verilib. O, hazırda istintaq təcridxanasında saxlanılır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, atasının təsis etdiyi “Elman Qrup” hüquq şirkətinin baş direktoru olan Elvin Paşayev mənzilin sahibinin itkin düşməsindən sonra həmin mənzilin satışı ilə bağlı sövdələşməni müşayiət edib.

Paşayevin müdafiə tərəfi RİA Novosti-yə bildirib ki, qətl epizodu gəncin ittiham olunduğu hadisələrdən xeyli əvvəl baş vermiş bir şəxsin itkin düşməsi ilə əlaqəlidir.

Məhkəmə materiallarında həmçinin istintaq çərçivəsində meyitin ekshumasiyasının və molekulyar-genetik ekspertizanın keçirilməsinin planlaşdırıldığı qeyd olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir