Azərbaycanın məşhur rejissoru vəfat edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor,
ssenarist Yefim Abramov vəfat edib.

Bu barədə AKİ-dən məlumat verilib.




Qeyd edək ki, Yefim Abramov 14 avqust 1948-ci ildə Bakıda
doğulub. 1980-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutunda təhsil alıb, İ.Talankin və Georgi Daneliyanın kursunu
bitirib. 1980-1990-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında
rejissor kimi fəaliyyət göstərib. Müxtəlif janrlı bədii filmlər
(“Qorxma, mən səninləyəm” (1981)- rejissor, “Əzablı yollar” (1982)
ikinci rejissor, “Qocalar, qocalar” (1982) – rejissor (Elxan
Qasımovla birgə), “Araqarışdıran” (1987) – rejissor, ssenari
müəllifi, “Lətifə” (1989) – rejissor(Nizami Musayevlə birgə) çəkib.
Bundan başqa, rejissor xarici film istehsalçılarının “Verona səması
altında” (2004, rejissorlar Vladimir Krasnopolski, Valeri Uskov /
Rusiya, İsrail) serialının ssenari müəllifi olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir