Tovuzda zəncirvari qəza – Ölən var

Baş səhifə

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində olub.

Belə ki, “KIA” markalı avtomobil ilə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə “Mercedes” markalı avtomobil yol kənarında dayanan “VAZ-2106” və “Opel” markalı avtomobillərə çırpılıb.

İlkin məlumata görə, “Mercedes”in sürücüsü, 2004-cü il təvəllüdlü Əkbər Qasımov xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir