
Bakı. Trend:
Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, Bakının Nərimanov rayonu ərazisində yerləşən
mağazaların birindən oğurluq edilib:
“Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə
talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum
olunmuş 28 yaşlı F.Əliyev saxlanılıb.
Araşdırmalarla şübhəli şəxsin müştəri qismində daxil olduğu
mağazada satıcının başının qarışıq olmasından istifadə edərək
obyektə 1500 manata yaxın maddi ziyan vurduğu məlum olub.
Araşdırmalar davam etdirilir”.

