Makron Fransadakı yanğınlar zamanı tətilə çıxdığına görə tənqid edilib

Baş səhifə

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron ölkədə meşə yanğınları və
anomal isti hava şəraitinin davam etdiyi bir vaxtda Kot-d’Azur
sahillərində istirahət edərkən çəkilmiş fotosunun mətbuatda
yayılmasından sonra müxalifətin tənqidi ilə üzləşib.

Bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

“Avropa Ekologiyası – Yaşıllar” Partiyasının milli katibi Marin
Tondelye bildirib ki, Fransa xalqı “apokaliptik yay” yaşayarkən
prezident məzuniyyətini nümayiş etdirən fotosessiya təşkil
edir.




Fransa Sosialist Partiyasının birinci katibi Olivye For isə qeyd
edib ki, bir çox vətəndaş istirahətə getməyə maddi imkan tapmadığı
halda, Makron hidrosikldə gəzərək vaxt keçirir.

Bundan əvvəl “Meteo-France” hava xidməti Fransadakı hazırkı isti
dalğanın tarixdə ən uzun müddət davam edən isti dalğalardan biri
olduğunu bildirib. Cümə günü ölkənin Avropa hissəsinin 96
departamentindən 75-də sonuncudan əvvəlki (narıncı) yanğın
xəbərdarlığı elan edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir