
Bakı.Trend:
Məkkə ittifaqı ölkələrindən hansınasa hücum olunarsa, bu üç ölkə
birgə şəkildə zəruri addımları atacaq.
Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Mən bunu belə ifadə edərdim: məlum olduğu kimi, NATO-nun 5-ci
maddəsinin müddəaları müəyyən dərəcədə burada təsbit olunmuş
qarşılıqlı müdafiə konsepsiyasına bənzəyir. Buna görə də hər hansı
problem yaranarsa və ya hücum baş verərsə, bu üç ölkə birgə şəkildə
zəruri addımları ata biləcək”,-deyə Ərdoğan vurğulayıb.
Hansı ölkə hədəfə çevrilməsindən asılı olmayaraq, bu üç ölkədən
hər hansı birinə hücum edilərsə, qarşılıqlı müdafiə paktı mövcud
olduğundan, üç dövlət bir-birini istənilən növ hücumdan müdafiə edə
biləcək.
Ərdoğan həmçinin diqqətə çatdırıb ki, saziş yalnız Səudiyyə
Ərəbistanı, Türkiyə və Pakistanla məhdudlaşmır.
“Digər ölkələr də bizə qoşula bilər.Misir də istədiyi təqdirdə
bu üç ölkə ilə birlikdə sazişə qoşula bilər. Misirin üzünə də
qapılar açıqdır”, – deyə Türkiyə prezidenti bildirib.

