
Bakı.Trend:
İstanbul hava limanı (IST) avqustun 16-da Avropada sutkalıq
sərnişin axını və uçuşların sayına görə növbəti rekorda imza
atıb.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri
Abdulkadir Uraloğlu açıqlama məlumat verib.
“İstanbul hava limanı Avropada reyslərin sayı və sərnişin axını
üzrə tarixi rekordları bir daha yenilədi. Avqustun 16-da yeni zirvə
fəth olundu. Hava limanı 290 287 sərnişinə xidmət göstərib və 1 739
reysi həyata keçirib”, – deyə nazir bildirib.
Qeyd edək ki, əvvəlki rekord avqustun 9-da qeydə alınmışdı.
Həmin gün hava limanı 289 732 sərnişinə xidmət göstərmişdi.

