Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb

Baş səhifə

Tərtər. Trend:

Tərtərdə iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat
hadisəsi baş verib.

Trend-in
Qarabağ bürosunun məlumatına görə, hadisə Bərdə-Ağdam avtomobil
yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində
qeydə alınıb.

Belə ki, əslən Ağdam rayonunun Güllücə kəndindən olan, hazırda
Ağdam rayonunun Təzəkənd qəsəbəsində məskunlaşan Cəmilə Zeynalova
və Mahirə Qədimova yolu keçərkən hərəkətdə olan “VAZ-2107” markalı
avtomobil tərəfindən vurulublar.




Nəticədə piyadalardan biri hadisə yerində həyatını itirib. Digər
yaralı isə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir