
Qaradağ rayonunda oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən
bildirilib.
Belə ki, Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən
birindən 1500 manat pul vəsaiti oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə
şübhəli bilinən 33 yaşlı S.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı onun digər analoji cinayət əməlləri törətdiyi də
məlum olub.
Araşdırma aparılır.

