BƏƏ İranla ticarəti və bütün maliyyə əməliyyatlarını dayandırıb

Baş səhifə

Bakı. Trend:

BƏƏ İrandan həyata keçirilən raket hücumu fonunda Tehranla bütün
ticarət, maliyyə və kommersiya əməliyyatlarının dayandırıldığını
açıqlayıb.

Bu barədə BƏƏ Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində
yazıb.




“Beynəlxalq təhlükəsizliyə və regionda sülhə xələl gətirən
regional gərginliyin artması fonunda İranla bütün ticarət,
kommersiya mübadiləsi və maliyyə əməliyyatları növbəti bildirişədək
dayandırılacaq”, – deyə bildirilib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının
bağlandığını bildirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir