Trampdan İrana sərt xəbərdarlıq: “Ən dağıdıcı əməliyyat başlayır”

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp İrana qarşı “indiyədək hər hansı ölkəyə qarşı həyata keçirilmiş ən dağıdıcı iqtisadi əməliyyatın” başladığını elan edib.

Modern.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

ABŞ prezidenti bildirib ki, İranın razılaşma əldə etmək üçün ona verilən böyük imkandan istifadə etməməsi Tehranın özünə qarşı ağır nəticələrə səbəb olacaq.

“Bu gün hər hansı ölkəyə qarşı indiyədək həyata keçirilmiş ən dağıdıcı iqtisadi əməliyyatın başladığını elan edirəm. Bu, misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq”, – deyə Tramp bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, bu gündən etibarən İrana hər hansı formada yardım göstərən istənilən ölkə özü də “nəhəng iqtisadi nəticələrlə” üzləşəcək.

Tramp ABŞ-ın müttəfiqlərini İranı təcrid etmək və “İran təhlükəsini məğlub etmək” üçün Vaşinqtonla birlikdə hərəkət etməyə çağırıb.

O, İrana qarşı yeni tədbirləri “iqtisadi D-Day” adlandırıb.

ABŞ prezidenti həmçinin İranın heç vaxt nüvə silahına sahib olmayacağını bir daha bəyan edib.

Tramp daha əvvəl də İranın nüvə proqramı ilə bağlı sərt mövqe nümayiş etdirib və Tehranı razılaşmaya getməyə çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir