
Bakı. Trend:
Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.
Trend-in məlumatına görə, hadisə avqustun 18-də baş verib.
Belə ki, rayonun Diryan kənd sakini, 1965-ci il təvəllüdlü
İntiqam Ağarza oğlu Nuriyev idarə etdiyi “Chevrolet Niva” markalı
avtomobillə Lənkəran şəhərindən Diryan kəndi istiqamətində
hərəkətdə olarkən qəzaya düşüb.
Diryan kəndi ərazisində torpaq yolda sürücü idarəetməni itirib
və avtomobil dərəyə aşıb.
İntiqam Nuriyev aldığı bədən xəsarətlərindən hadisə yerində
ölüb.
Faktla bağlı araşdırma davam etdirilir.

