
Bakı. Trend:
Pekin dövlət qurumları üçün nəzərdə tutulmuş “Microsoft”
şirkətinin “Windows” əməliyyat sisteminin köhnə versiyasına dəstəyi
vaxtından əvvəl dayandırır.
Bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən yazıb.
Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi dövlətlə əlaqəli bəzi
təşkilatlara kompüterlərində “Windows 10” əməliyyat sisteminin
modifikasiya edilmiş versiyasını silmək göstərişi verib.
“Windows”un bu versiyası “Microsoft” və “China Electronics
Technology” dövlət şirkətinin birgə müəssisəsi olan “C&M
Information Technologies” (CMIT) tərəfindən hazırlanıb. “CMIT”
“Windows”un istifadədən çıxarılmasını 2027-ci ilin fevralında
həyata keçirməyi planlaşdırırdı, lakin bunu vaxtından əvvəl edib.
Bu qərar şirkətin özü üçün də gözlənilməz olub.
“Pekinin bu göstərişinə səbəb məlumatların təhlükəsizliyi ilə
bağlı narahatlıqlar olub, lakin konkret hansı potensial zəif
yerlərin Çin rəsmilərini narahat etdiyi dəqiqləşdirilməyib”, – deyə
agentlik yazıb.
Avqustun ortalarında “Microsoft”un Çindəki fəaliyyətini
məhdudlaşdırdığı məlum olub. “Reuters” agentliyi xəbər verib ki,
“Microsoft” Çində ən azı 15 filial və birgə müəssisəsini
bağlayıb.

