ABŞ-ın kommersiya neft ehtiyatları 428 mln. barelə yaxınlaşıb

Baş səhifə

ABŞ-da kommersiya neft ehtiyatları 4 405 min barel artıb və 428 815 min barel təşkil edib.

APA-Economics”in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 200 min barel artacağını proqnozlaşdırırdı.

Onu da qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir