Xəzərdə 36 yaşlı kişi batıb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə
Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km
aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat
daxil olub.

Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.




Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin
dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş – 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala
oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata
keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir