Bərdədə fermeri elektrik cərəyanı vuraraq öldürüb

Baş səhifə

Bakı. Trend:

Bərdə rayonunda ölümlə nəticələnən hadisə baş verib.

Trend-in məlumatına görə, hadisə avqustun 20-də saat 10
radələrində baş verib.




Belə ki, 1972-ci il təvəllüdlü Mahir Həsənov rayonun Mollalı
kəndində özünə məxsus fermada iribuynuzlu heyvanları yemləyərkən
elektrik cərəyanının təsirindən ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir