Şamaxıda avtomobil çökəkliyə aşıb, iki nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Şamaxıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat
hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə avqustun 19-da baş verib.

Belə ki, Mətləb Aslanov idarə etdiyi “VAZ 21214” markalı
avtomobillə Şamaxı–Çuxuryurd–Qızmeydan–Pirbəhli avtomobil yolunun
Çuxuryurd kəndi ərazisində Qızmeydan istiqamətində hərəkətdə
olarkən idarəetməni itirib.




Nəticədə avtomobil yolun sağ kənarındakı nahamar səthli
çökəkliyə aşıb. Qəza zamanı avtomobildə olan sərnişin Şövkət
Aslanova hadisə nəticəsində ölüb.

Sürücü Mətləb Aslanov isə yaralı vəziyyətdə Şamaxı Rayon Mərkəzi
Xəstəxanasına yerləşdirilib. O, avqustun 20-də müalicə aldığı
xəstəxanada həyatını itirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir