
Bakı. Trend:
Bakı və Sumqayıtın bəzi ərazilərində təmir işləri ilə əlaqədar
elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət
göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması
məqsədilə avqustun 21-də paytaxtın Yasamal və Nərimanov
rayonlarında bir neçə Transformator Məntəqəsində (TM) təmir işləri
aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ)
xidməti ərazisində saat 10:00-dan 13:00-dək İzmir, Nəriman
Nərimanov və Mətbuat küçələrinin bir sıra hissəsində elektrik
enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Vladimir Mayakovski, İsmayıl
Hidayətzadə küçələrinin bəzi yerlərində, eləcə də Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının yerləşdiyi ərazidə saat 09:00-dan
13:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Həmçinin Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən
35/10/6 kV-luq “Nübar” yarımstansiyasında 10/6 kV-luq elektrik
yuvalarında təmir işləri həyata keçiriləcək. Beləliklə, planlı
fasilə saat 10:00-dan 17:00-dək Aşağı Güzdək qəsəbəsi və Atyalı
yaşayış massivinin bəzi ərazilərini əhatə edəcək. Bununla yanaşı
10/6 kV-luq TM-də aparılacaq təmir işləri zamanı saat 11:00-dan
15:00-dək Həsən Əliyev, Zahid Dünyamalıyev küçələri, Ceyranbatan
gölünün yuxarı ərazisi, Yeni Saray yolunun sol və sağ hissələrində
enerjinin verilişi məhdudlaşdırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər
daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin
olunacaqlar.

