“Abraham Lincoln” aviadaşıyıcısı ABŞ-yə qayıdır

Baş səhifə

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Abraham Lincoln” aviadaşıyıcısı
İrana qarşı hərbi əməliyyatda iştirak etdikdən sonra
Kaliforniyadakı bazasına qayıtmağa başlayıb.

Bu barədə CNN telekanalı mənbələrinə istinadla məlumat
yayıb.

Məlumata görə, aviadaşıyıcı geri qayıtmaq üçün hərəkətə keçsə
də, hələlik ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının
məsuliyyət zonasını tərk etməyib. Bu əraziyə Yaxın Şərq, Mərkəzi
Asiya və Şərqi Afrika daxildir.

“New York Times” qəzeti isə “Abraham Lincoln” aviadaşıyıcısının
təxminən 5 min nəfərlik heyətlə artıq doqquz aydır döyüş növbəsində
olduğunu yazıb.




ABŞ Prezidenti Donald Tramp avqustun 14-də aviadaşıyıcının Yaxın
Şərqdən planlı qüvvə rotasiyası çərçivəsində geri qaytarılacağını
təsdiqləyib. O, bununla yanaşı, gəminin missiyasının həddindən
artıq uzadılması ilə bağlı fikirləri rədd edib.

ABŞ Mərkəzi Komandanlığı avqustun 20-də “Abraham Lincoln”un
yerinə “George Washington” aviadaşıyıcısının rəhbərlik etdiyi
aviadaşıyıcı qrupunun Yaxın Şərqə çatdığını açıqlayıb.

Daha əvvəl “Military Times” qəzeti “Abraham Lincoln”un
göyərtəsində bir neçə hərbi qulluqçunun intihara cəhd etdiyini
bildirmişdi. Məlumata əsasən, hərbçilərin emosional vəziyyətinin
pisləşməsinə səbəb kimi həddindən artıq iş yükü, fiziki və
emosional tükənmə, eləcə də ruh düşkünlüyü göstərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir