Kopyalanmış IMEI kodlarla 1,6 milyon dəfə şəbəkəyə qoşulma cəhdi olub

Baş səhifə

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana
gətirilən mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan
keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Görülən tədbirlər çərçivəsində bu günədək kopyalanmış 77 614
IMEI koda “klon” statusu verilərək blok edilib. Araşdırmalar
nəticəsində məlum olub ki, kopyalanmış IMEI kodlarla bu günə qədər
1 613 177 dəfə Azərbaycanın mobil rabitə məkanında şəbəkəyə qoşulma
cəhdi olub. Bütün cəhdlərin qarşısı “AzInTelecom”a məxsus Mobil
Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən aşkar edilərək
alınıb.




Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların
qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən Azərbaycana
gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində
istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində
qeydiyyatdan keçirilməlidir. Qeydiyyat prosesini onlayn şəkildə
mygov portalında və ya fiziki formada poçt məntəqələrində həyata
keçirmək mümkündür.

Mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə
qarşı mübarizə həm abonentlərin hüquqlarının qorunmasına, həm də
mobil rabitə bazarında şəffaflığın təmin olunmasına xidmət edir.
“AzInTelecom” MMC vətəndaşlara mobil telefon almamışdan əvvəl
cihazın qutusu üzərində qeyd edilən İMEİ nömrəsini mygov portalında
yoxlamağı və etibarlı satış məntəqələrinə üstünlük verməyi tövsiyə
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir