Ağdamda kürəkən qaynatasını qətlə yetirdi

Baş səhifə

Ağdam rayonunda qətl hadisəsi olub.

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisə rayonun Səfərli qəsəbəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanıb. Ağır xəsarət alan Zakir Hüseynov hadisə yerində ölüb.

Hadisəni törətməkdə onun kürəkəni, 1996-cı il təvəllüdlü Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin təfərrüatı araşdırılır.

***

Ağdamda qaynatasını qətlə yetirməkdə şübhəli bilinən Qənbərov Eldəniz Elşən oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Faktla bağlı araşdırma davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir