Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb

Baş səhifə

Bakı. Trend:

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Korrupsiyaya
Qarşı Mübarizə Komitəsinə aparılıb.

Bu barədə “Sputnik Ermənistan”a “Ermənistan” blokundan deputat
Aqnessa Xamoyan bildirib.

Onun sözlərinə görə, sabiq prezidentin və kiçik oğlu Levon
Köçəryanın evində, həmçinin ailəyə məxsus bir sıra obyektlərdə
axtarışlar aparılıb.




Keçmiş prezidentin ofisinin rəhbəri Baqrat Mikoyan onun
saxlanıldığını təsdiqləyib.

Mənbələrin məlumatına görə, vergi xidməti Köçəryan ailəsinə
məxsus “Toyota” salonunu möhürləyib. “Orange Fitness” idman
kompleksində də istintaq hərəkətləri aparılır.

Bir gün əvvəl Levon Köçəryanla Baş nazir Nikol Paşinyan
parlamentdə sözlü mübahisə edib. Paşinyan deputatın bütün əmlakını
əlindən alacağını və onun həmin əmlakı uşaqlarına və nəvələrinə
miras qoymasının mümkün olmayacağını bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir