Böyük Britaniyada inflyasiya 2,9 faizə yüksəlib

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyada illik inflyasiya səviyyəsi iyul ayında 2,9
faizə yüksəlib.

Milli Statistika İdarəsinin (ONS) açıqladığı son məlumatlara
əsasən, iyunda 2,6 faiz təşkil edən inflyasiya səviyyəsi iyulda 0,3
faiz bəndi artıb.




ONS bildirib ki, inflyasiyanın yüksəlməsinə əsasən məişət
enerjisi üzrə qiymət limitinin artırılmasından sonra təbii qaz
qiymətlərində qeydə alınan kəskin bahalaşma səbəb olub. Enerji
bazarının tənzimləyicisi “Ofgem” iyulun 1-dən etibarən ev
təsərrüfatları üçün qaz və elektrik enerjisi üzrə qiymət limitini
13 faiz artırıb. Bu dəyişiklik iyul inflyasiyasının yüksəlməsində
əsas amillərdən biri olub.

İstehlak qiymətləri indeksi əsasında hesablanan iyul göstəricisi
maliyyə bazarlarının əvvəlki proqnozlarına uyğun gəlib. Qeyd edək
ki, İngiltərə Bankının inflyasiya üzrə hədəfi 2 faiz
səviyyəsindədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir