Manatın nominal və real effektiv məzənnəsi artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin avqustun 1-i tarixinə Azərbaycan manatının xarici
valyutalara nisbətdə ümumi nominal effektiv məzənnəsi 104,9 faiz
bəndi təşkil edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı
hesablamaya əsasən, bu göstərici aylıq ifadədə 1,4 faiz bəndi, ötən
ilin eyni dövrü ilə müqayisədə isə 3,1 faiz bəndi artıb.

Eyni zamanda, cari ilin 1 avqust tarixinə manatın qeyri-neft
sektoru üzrə nominal effektiv məzənnəsi 176,4 faiz bəndi təşkil
edib ki, bu da əvvəlki ayla müqayisədə 2,6 faiz bəndi, ötən ilin
eyni dövrü ilə müqayisədə isə 3,7 faiz bəndi artım deməkdir.




Bundan əlavə, 2026-cı ilin 1 avqust tarixinə manatın ümumi real
effektiv məzənnəsi 116 faiz bəndi olub. Bu göstərici aylıq ifadədə
0,8 faiz bəndi, illik ifadədə isə 2,3 faiz bəndi artıb.

Həmçinin hesabat dövründə qeyri-neft sektoru üzrə manatın real
effektiv məzənnəsi 110,6 faiz bəndi təşkil edib ki, bu da aylıq
ifadədə 1,1 faiz bəndi artıb, illik ifadədə isə eyni səviyyədə
qalıb.

AMB sədri Taleh Kazımovun iyulun 31-də keçirliən mətbuat
konfrasındakı sözlərinə görə, manatın möhkəmlənməsi və valyuta
bazarında müşahidə olunan proseslər bir neçə amillə bağlıdır: “Nağd
valyuta bazarında dolları əsasən fiziki şəxslər satır, eyni zamanda
manat əmanətlərinin həcmi və unikal əmanətçilərin sayı artmaqda
davam edir. İdxalın azalması xarici valyutaya tələbi zəiflədir,
manatın ticarət tərəfdaşlarının valyutalarına qarşı möhkəmlənməsi
isə idxal olunan inflyasiyanın azalmasına şərait yaradır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir