Manatla geniş pul kütləsi artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin
(M3 aqreqatı) həcmi 53,925 milyard manat təşkil edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülleteni əsasında
hesabalamasına görə, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 6,2
milyard manat və ya 13,1% çoxdur.

Bundan başqa, 2026-cı ilin avqsutun 1-nə manatla pul kütləsinin
(M2 aqreqatı) həcmi 43,842 milyard manat təşkil edib ki, bu da
2025-ci ilin eyni dövrünə nisbətən isə 7,2 milyard manat və ya
19,6% çoxdur.

Həmçinin hesabat dövründə tələbli depozitlər (M1 pul aqreqatı)
üzrə göstərici 33,632 milyard manata bərabər olub. Bu, 2025-ci ilin
eyni dövrünə nisbətən isə 4,6 milyard manat və ya 15,9% çoxdur.




Eyni zamanda, bu ilin avqsutun 1-nə banklardan kənarda olan nağd
pul kütləsi (M0 aqreqatı) 19,171 milyard manat təşkil edib ki, bu
da ötən ilin eyni dövrünə nisbətən isə 2,5 milyard manat 15,1%
çoxdur.

Pul bazarının parametrləri

Həcmi (milyon manat), 1 avqsut 2026-cı il tarixinə

Həcmi (milyon manat), 1 avqust 2025-ci il tarixinə

Geniş mənada pul kütləsi (M3 aqreqatı)

53925.5

47680.3

Manatla pul kütləsi (M2 aqreqatı)

43841.8

36662.6

Tələbli depozitlər (M1 aqreqatı)

33641.7

29021.0

Banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı)

19170.8

16657.3

Azərbaycan Mərkəzi Bankı (AMB) pul dövriyyəsinin səmərəliliyinin
artırılması və milli valyutanın inkişafı istiqamətində bir sıra
tədbirləri davam etdirir. AMB-nin baş direktoru Rəşad Məmmədov
Trend-ə müsahibəsində bildirib ki, rəqəmsal ödənişlərin sürətlə
inkişaf etdiyi bir dövrdə nağd pul maliyyə sisteminin mühüm
elementi olaraq qalır və Mərkəzi Bank bu sahədə balanslı siyasət
həyata keçirir.

Onun sözlərinə görə, əsas prioritetlər nağd pula əlçatanlığın
təmin edilməsi, nağd pul dövriyyəsinin optimallaşdırılması, milli
pul nişanlarının müasir təhlükəsizlik elementləri ilə yenilənməsi,
ödəniş sistemlərinin dayanıqlılığının gücləndirilməsi və bank
sektoru ilə əməkdaşlığın genişləndirilməsidir.

R. Məmmədov qeyd edib ki, Mərkəzi Bank yeni nəsil milli pul
nişanlarının hazırlanması istiqamətində də iş aparır. “2024-cü ildə
yeni konsepsiyanın müəyyənləşdirilməsi üçün ictimai sorğu keçirilib
və növbəti mərhələdə pul nişanlarının dizaynı və təhlükəsizlik
sistemlərinin hazırlanması nəzərdə tutulur”, – deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir