
Bakı. Trend:
Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri
kompleks tədbirlər nəticəsində ölkə ərazisinə gömrük qaydaları
pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanaraq qanunsuz
dövriyyədən çıxarılıb.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yyaıb.
Bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən
anbarda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində
Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə
nişanlanmayan, ümumilikdə 4263 ədəd qəlyan tütünü aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

