Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Baş səhifə

Bakı. Trend:

Avqustun 26-da Türkiyə Respublikasının birinci xanımı Əminə
Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyevaya zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat
yayıb.

Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü
münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və yeni
müvəffəqiyyətlər arzulayıb.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Mehriban Əliyevanın
xeyirxah fəaliyyətinin dünyada böyük rəğbətlə qarşılandığını
vurğulayıb.

Azərbaycanın Birinci vitse-prezidenti göstərilən diqqətə və
təbriklərə görə təşəkkür edib.

Telefon söhbəti əsnasında Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyeva ilə Türkiyənin birinci xanımı Əminə Ərdoğanın
səmimi görüşləri məmnunluqla xatırlanıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və
Türkiyənin birinci xanımı Əminə Ərdoğan qardaşlıq və strateji
müttəfiqlik əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə
əminliklərini bildiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir