Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək – FOTO

Baş səhifə

Polad Bülbüloğlunun üçüncü dəfə ailə qurması ilə bağlı yayılan məlumatlar hələ də müzakirə olunur.

Modern.az xəbər verir ki,  Xalq yazıçısı Çingiz Abdullayev Bülbüloğluna dəstək barədə “Facebook” hesabında paylaşım edib.

“Jurnalistlərimizi maraqlandıran yeganə məsələ Poladın şəxsi həyatıdır. Artıq buna son qoymağın vaxtı deyilmi? Bu, onun şəxsi işidir. Tamamilə mədəniyyətsizlik hökm sürür və bu, sadəcə heyrətamizdir”, -deyə qeyd olunub.

Xatırladaq ki, mediada Polad Bülbüloğlunun Gülnarə Şıxəliyevadan boşandığı və Eteri Leonidovna adlı şəxslə ailə qurduğu barədə məlumatlar yayılıb. Polad Bülbüloğlu yayılan iddiaları təkzib edərək onların həqiqətdən uzaq olduğunu bildirib və Azərbaycana qayıtdıqdan sonra bu xəbərləri yayan media qurumlarına qarşı hüquqi addımlar atacağını qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir