
Bakı. Trend:
Hövsanda açıq ərazidə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində açıq ərazidə yanğın
baş verməsi barədə məlumat daxil olub:
“Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri cəlb olunub. Havanın küləkli olması yanğınsöndürmə
işlərini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri
davam etdirilir.
Əlavə məlumat veriləcək”.

