“Real” müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək

Baş səhifə

Bakı. Trend:

İspaniyanın “Real” klubu müdafiə xəttini yeni oyunçu ilə
gücləndirəcək.

La Liqa nəhəngi “Qranada”da çıxış edən Oskar Naaseinin keçidini
həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.




“Real” qanalı futbolçu üçün onun klubuna 2 milyon avro təzminat
ödəyəcək. 21 yaşlı mərkəz müdafiəçisi ilkin mərhələdə “kral
klubu”nun B komandasında çıxış edəcək.

Qeyd edək ki, Oskar Nassei 2023-cü ilin yayından “Qranada”da
çıxış edir. Qana millisinin üzvü 2025/26 mövsümündə II La Liqa
təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 1 qol
vurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir