Bu ilin ikinci Ay tutulması başlayıb

Baş səhifə

Bakı. Trend:

Avqustun 28-də bu ilin ikinci Ay tutulması başlayıb.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən
məlumata görə, bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir
hissəsindən keçir və qismən tutulma müşahidə olunur. Ayın bir
hissəsi qaralır, digər hissəsi isə işıqlı qalır. Yarımkölgəli Ay
tutulması saat 05:23-də başlayıb. Qismən tutulma saat 06:33-də
başlayacaq. Maksimum tutulma saat 08:12-də olacaq. Qismən tutulma
saat 09:51-də, yarımkölgəli Ay tutulması saat 11:01:41-də başa
çatacaq.




Tutulma Avropa, Afrika, Asiya və Amerikadan görünəcək.
Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir
hissəsini səhər saat 05:23-dən 05:55-dək – Ay batana qədər müşahidə
etmək mümkün olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir