7 ölkə İrana görə İstanbulda toplaşır – kritik görüş

Baş səhifə

Avqustun 30-da İstanbulda İranla bağlı mühüm görüş keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Görüşdə Avropa İttifaqının “üçlüyü”nün – Böyük Britaniya, Almaniya və Fransanın, həmçinin Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin iştirakı gözlənilir.

Danışıqların keçirilməsi təşəbbüsü Almaniya və Türkiyə tərəfindən irəli sürülüb.

Görüş zamanı, digər məsələlərlə yanaşı, Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi yolları və regionda təhlükəsizlik vəziyyəti müzakirə olunacaq.

İştirakçı ölkələr görüşün ABŞ-a İranla danışıqları davam etdirməyin zəruriliyi ilə bağlı siqnal olacağını gözləyirlər.

DPA-nın məlumatına görə, görüşün gündəliyinə Qara dənizdəki vəziyyət və Ukrayna taxılının ixracı məsələsi də daxil ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir