Ermənistanda 3 nazirliyin adı dəyişdirildi

Baş səhifə

Bakı.Trend:

Ermənistan parlamenti üç nazirliyin adının dəyişdirilməsini
nəzərdə tutan qanun layihəsini ikinci və yekun oxunuşda
təsdiqləyib.

Ermənistan KİV-nin məlumatına görə, bu barədə Ermənistan
parlamentinin spikeri Ruben Rubinyan məlumat verib.




Spikerin sözlərinə görə, “Hökumətin strukturu və fəaliyyəti
haqqında” qanuna və əlaqəli qanunvericilik aktlarına dəyişiklikləri
64 deputat dəstəkləyib, 26 parlamentari isə əleyhinə səs verib.

Qəbul edilmiş dəyişikliklərə əsasən, Ermənistanın Xarici İşlər
Nazirliyinin adı Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi, Əmək
və Sosial Məsələlər Nazirliyinin adı Əmək və Rifah Nazirliyi,
Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin adı isə Yüksək
Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi olaraq
dəyişdirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir