BƏƏ İrana məxsus dronu məhv edib

Baş səhifə

Bakı.Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələri İran
ərazisindən buraxılan bir pilotsuz uçuş aparatını ölkənin ərazi
suları üzərində məhv edib.

Bu barədə BƏƏ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.




“Bizim Hərbi Hava Qüvvələrimiz İran ərazisindən gələn pilotsuz
uçuş aparatını dövlət suları üzərində məhv edib”, – deyə nazirliyin
X sosial şəbəkəsində yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, BƏƏ Müdafiə Nazirliyi döyüş hazırlığı
vəziyyətindədir, hava hücumundan müdafiə qüvvələri isə gün ərzində
ölkənin hava məkanını izləyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir