Sabiq icra başçısı İslam Rzayevin həbs müddəti uzadılıb

Baş səhifə

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra
Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra
başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin
müddəti uzadılıb.

Trend xəbər
verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına
baxılıb. İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin
daha 3 ay müddətə uzadılması barədə qərar qəbul edilib.




Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs
olunub, ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə)
və 311.3.2 (təkrar rüşvət alma) maddələri üzrə ittiham irəli
sürülüb.

İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin
başçısı vəzifəsindən azad edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir