Peru İranla diplomatik əlaqələri kəsib

Baş səhifə

Peru hökuməti İranla diplomatik əlaqələri kəsmək barədə qərar qəbul edib.

APA xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Peru Respublikası hökuməti İran İslam Respublikası ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib”, – bəyanatda deyilir.

Xarici İşlər Nazirliyi qərarın xüsusən Yaxın Şərqdəki vəziyyət və İranın Hörmüz boğazındakı hərəkətləri ilə əlaqəli olduğunu açıqlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir