
Bakı. Trend:
“Real” Raul Asensio ilə bağlı intizam araşdırmasına
başlayıb.
23 yaşlı müdafiəçi sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün
sürücülük hüququndan 8 ay müddətinə məhrum edilib və 14 400 avro
cərimələnib.
Qeyd edək ki, Madrid klubu daxili nizamnaməsinə uyğun olaraq
futbolçu ilə bağlı intizam icraatına başlayıb. “Real”da hesab
edirlər ki, Asensionun davranışı klubun imicinə zərər vurub.

