Bakıda bir sıra məktəblərdə dərslər onlayn olacaq

Baş səhifə

2026-cı ildə Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar yarış ərazilərində yerləşən bəzi ümumitəhsil müəssisələrində tədris prosesi onlayn təşkil olunacaq.

Modern.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, qərar Formula 1 yarışlarının keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrinə şamil ediləcək.

“Məktəb rəhbərliyinə və valideynlərə bununla bağlı məlumat veriləcək”, – açıqlamada qeyd olunub.
 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir