“Real”ın hücumçusu “Roma”ya keçə bilər

Baş səhifə

Bakı. Trend:

“Real”ın hücumçusu Endrik karyerasını İtaliya A Seriyasında
davam etdirə bilər.

Braziliyalı forvard “Roma”nın qış transfer pəncərəsi üçün əsas
hədəfidir. Bu barədə “Corriere dello Sport” nəşri məlumat
yayıb.




Paytaxt klubu Endriki icarəyə götürmək istəyir. 20 yaşlı
futbolçu özü də “Roma”ya keçməyə isti yanaşır.

Qeyd edək ki, “Real” Endriki 2024-cü ilin yayında “Palmeyras”dan
47 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari
mövsümdə Madrid təmsilçisinin heyətində rəsmi oyunlarda meydana
çıxmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir